Onların da ailəsi dağılır:  Boşanan 5 kral
04 sentyabr 2024 19:09 (UTC +04:00)

Onların da ailəsi dağılır: Boşanan 5 kral

Hər başlanğıcın bir sonu var. Hər evlilik də əbədi olmur və hətta krallar belə boşana bilirlər.

Lent.az boşanmış krallar və dağılan ittifaqların səbəbləri barədə məlumat verir.

I Pyotr və Yevdokia Lopuxina (Rusiya)

I Pyotr və Evdokia Lopuxina 1689-cu ildə evləniblər. Bu evlilik haqqında qərarı o vaxtkı gənc çarın anası Natalya Narışkina vermişdi. Fərqli xarakterlərinə və tərbiyələrinə baxmayaraq, təxminən bir il Peter və Yevdokia sevgi içində yaşayıblar. Sonradan ailədə ixtilaf başlayıb. Müasirləri boşanmanın bir neçə səbəbinin olduğunu iddia ediblər - Yevdokia ərinin fikirlərini bölüşməyib, ona necə uyğunlaşacağını bilməyib və qayınanası Narışkina ilə yola getməyib. Yevdokiyadan boşanmaq üçün çar onu rahibə olmağa məcbur edib və 1698-ci ildə monastra göndərib. 

Napoleon Bonapart və Jozefina de Boharne (Fransa)

Napoleon Bonapartın Jozefina ilə evliliyi 1796-1809-cu illərdə, 13 il davam edib. Bu müddətdə Fransa imperatorunun sevimli xanımı israfçılıq və yasaq sevgiləri ilə ad çıxarıb. İlk evliliyindən iki uşaq dünyaya gətirən Jozefina Bonaparta varis verə bilməyib. Cütlük boşanıb,  imperator keçmiş arvadına Yelisey Sarayını, Malmaison, Navarre qalasını verib və layiqli bir müavinət təyin edib.

Şahzadə Çarlz və Diana Spenser (Böyük Britaniya)

Böyük Britaniyanın hazırkı kralı III Çarlz 1996-cı ildə şahzadə Dianadan boşanıb. 

Kral ailəsinin ən məşhur üzvlərindən birinə çevrilən həyat yoldaşı Ledi Diana Spenserdən indiki xanımı kamillaya görə ayrılıb. 1997-ci ildə Spenser avtomobil qəzasında ölüb və Çarlz 2005-ci ildə  Kamilla ilə evlənib.

V Məhəmməd  və Oksana Voevodina (Malayziya)

Bu evlilik üçün V Məhəmməd taxtdan imtina edib. Onun sevgilisi "Miss Moskva 2015" Oksana Voevodina toydan öncə müsəlman olub. Toy 2018-ci ilin noyabrında baş tutub. Lakin onların birliyi bir il belə davam etməyib. 2019-cu ilin iyun ayında V Məhəmməd cəmi bir ay əvvəl oğlu Leonu dünyaya gətirən həyat yoldaşından ayrılıb. Keçmiş kral oğlunu tanımadığını deyib. Təsdiqlənməmiş məlumatlara görə, Məhəmməd və Voevodinanın ayrılması rus qadının xəyanəti səbəbindən baş verib.

Marta Luise və Henri Ben (Norveç)

Norveç şahzadəsi Marta Luise və yazıçı Henri Ben 2002-ci ildə evləniblər. Şahzadə bizneslə məşğul olmaq üçün "Əlahəzrət" titulundan imtina edib. Bu evlilikdən doğulan üç övlad nikahı xilas edə bilməyib. 2016-cı ildə cütlük ayrılmaq qərarına gəlib.

Bir sıra KİV-in məlumatına görə, kral ailəsi Henri Behni çox qeyri-ciddi hesab edib. Həyat yoldaşlarının boşanması Norveçdə monarxların tarixində ilk hadisədir. Henri Ben 2019-cu ilin dekabrında alkoqolizm və psixi sağlamlıq pozğunluqlarının yaratdığı problemlərə görə intihar edib.

2019-cu ilin may ayında Marta Luiza özünü şaman adlandıran Durek Verret ilə görüşməyə başlayıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar