Konqo Respublikasında yaşayan Manqbetu qəbiləsində “lipombo” adlı qəribə bir adət var.
Lent.az-ın xarici KİV-ə istindən məlumatına görə, onların başı yemiş kimi uzundur. Qəbilə üzvləri bunu yüksək status və gözəllik rəmzi hesab edirlər. “Lipombo” baş şəklinə nail olmaq üçün qəbilə üzvləri anadan yeni doğulmuş körpənin başını bərk bez parçaları ilə sıxıb sarıyır və bu sarıq kəllə sümüyü bərkiyib uzun formaya düşənə qədər açılmır.
Uşaq anadan olandan 1 ay sonra başının uzadılması prosesi başlayır. Buna bənzər ənənə qədim mayalarda və misirlilərdə də olub.
Bu ənənə manqbetuların əqli fəaliyyətinə zərər vermir. Beyin elastik maddə olduğu üçün o da kəllə qutusunun formasını alır. Maraqlıdır ki, kəllə sümüyü uzadılmış qəbilə üzvlərinin hamısının çox yüksək musiqi duyumu, musiqi qabiliyyəti var.
Manqbetular özlərini uzaq ulduzlardan gəlmiş insanların törəmələri, yadplanetlilərin qohumları hesab edirlər. Onlar sirli bir şəkildə ulduzları yaxşı tanıyır, onların hərəkəti, bürclər barədə məlumat sahibidirlər. Halbuki əlçatmaz səhralarda yaşayan bu insanların ibtidai təhsili belə yoxdur.
Qdim Misir fironları və maya kahinləri də uzun kəllə formasını nüfuz rəmsi hesab edir, özlərini Tanrıların qanını daşıyan ali irq sayırdılar.