Öləndən sonra Ayda dəfn edilən  ilk və yeganə insan
15 iyul 2024 15:47 (UTC +04:00)

Öləndən sonra Ayda dəfn edilən ilk və yeganə insan

1928-ci ildə dünyaya gələn amerikalı alim Yucin Şumeyker öldükdən sonra Aya basdırılan və tarixə düşən ilk insan olub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Şumeyker alim Devid Levi ilə bir komet kəşf edib. O, bu ulduza Şumeyker-Levi adını verib. Şumeyker həmçinin ABŞ Geoloji tədqiqat xidmətində astrologiya tədqiqat proqramının əsasını qoyub. Alim “Apollon” missiyasının bir hissəsi olaraq Aya gedəcək astronavtlara orada Yer kürəsində mövcud olan səth formalarına bənzəyən nələr tapa biləcəkləri barədə təlim keçib.

Şumeyker bütün həyatı boyu astronavt olmaq istəsə də, səhhətinə görə bu arzusunu həyata keçirə bilməyib. Bunu bilən rəfiqəsi Kerolayn Porko 1997-ci ildə dünyasını dəyişən dostunun cəsədini Aya göndərmək fikrinə düşüb.

NASA da bu fikri dəstəkləib. 1998-ci il yanvarın 6-da NASA-nın "Lunar Prospector" kosmik gəmisi Ayın cənub qütbünə doğru yola düşüb. Kosmik gəmidə, həmçinin Celestis tərəfindən təqdim edilən və qiyməti 600 dollar olan kosmik kapsulda Şumeykerin külləri də olub. 1999-cu il iyulun 31-də NASA kosmik gəmisini qəsdən Ayın səthinə vurub və Şumeyker Yerdən kənarda basdırılan ilk və yeganə insan olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1974
avatar

Oxşar yazılar