Niyə güzgüdə özümüzü şəkillərdən daha gözəl görürük? - SƏBƏB
10 iyul 2025 16:44 (UTC +04:00)

Niyə güzgüdə özümüzü şəkillərdən daha gözəl görürük? - SƏBƏB

Hətta daxili tənqidçimizi susdura bilsək də, yenə də qəribə bir hal yaşanır: güzgüdə özümüzə baxmaq bizə daha xoş gəlir, nəinki şəkillərdəki görüntümüz. Bəs bu, nə ilə bağlıdır?

Lent.az bununla bağlı məlumatları sizə təqdim edir:

Güzgü görüntüsü daha xoş gəlir
Qeyd etmək maraqlıdır ki, yalnız güzgü yox, ön kamera ilə çəkilən selfilər də bizə daha cazibədar görünür. Amma kənardan və ya yandan çəkilmiş fotolar çox vaxt bizi çaşdırır, bəzən hətta narahatlıq yaradır. Bunun bir neçə psixoloji və vizual səbəbi var.

Beyin simmetriyanı sevir
İnsan beyni instinktiv olaraq simmetriyaya can atır — bu, harmoniya, sağlamlıq və təhlükəsizliklə əlaqələndirilir. Üzümüzün sağ və sol tərəfinin bərabər görsənməsi bizə daha xoş gəlir. Güzgüdə və ya selfi çəkəndə, simmetriyanı ön plana çıxaracaq "uğurlu" bucağı özümüz seçirik. Amma başqaları tərəfindən çəkilən şəkillər fərqli bucaqlardan olduğu üçün üzümüzdəki asimmetriya dərhal nəzərə çarpır. Bu da diskomfort və “özümü bəyənmədim” hissi yaradır.

Vərdiş faktoru: tanışlıq effekti
Biz hər gün özümüzə güzgüdə baxırıq və məhz o görüntüyə öyrəşirik. Psixologiyada bu “tanışlıq effekti” (mere-exposure effect) adlanır. İnsan nə qədər çox bir şeyi görürsə, ona bir o qədər etibar edir və sevir. Güzgü görüntüsü bizim “standart görünüşümüz”dür. Amma şəkillər, xüsusən də yandan çəkilənlər, bu tanış şablonu pozur. Biz özümüzü tanımırıq, görüntü yad və qəribə gəlir. Ona görə də ön kamera ilə çəkilmiş selfilər daha xoş təsir bağışlayır — çünki o da əks görüntü verir.

Artan özünütənqid
Şəkillərdə biz ən kiçik detalların belə fərqinə varırıq: dəridəki qüsurlar, dağınıq saç, qeyri-bərabər təbəssüm — gündəlik həyatda fikir vermədiyimiz şeylər, fotoda bizi narahat edir. Güzgü bu detalların üzərində durmur, amma foto həmin anı “dondurur” və beynimiz çatışmazlıqları axtarmağa başlayır. Bu isə mənfi təəssürat yaradır.

Optik təhriflər
Ənənəvi kameralar, xüsusilə də genişbucaqlı obyektivlər, görüntünü təhrif edə bilər. Burun daha böyük, üz cizgiləri daha enli, proporsiyalar isə qeyri-adi görünə bilər. Çəkiliş bucağındakı cüzi dəyişiklik belə, görünüşə təsir edir. Beyin bu fərqləri hiss edərək "nəsə düz deyil" deyir və nəticədə "pis görünürəm" təəssüratı yaranır. Yəni, biz özümüzü necə qəbul edirik, bu obyektiv reallığın yox, qəbul tərzimizin, emosiyalarımızın və vərdişlərimizin nəticəsidir.
Güzgü və ön kamera bizə tanış olan görüntünü təqdim edir. Kənardan çəkilən fotolar isə başqalarının bizi necə gördüyünü göstərir — və məhz bu uyğunsuzluq bizdə narahatlıq yaradır.

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1712

Oxşar yazılar