Tədqiqatlar göstərir ki, qadınlar üçün əsas olan sözlər yox, məhz davranışlardır: kişilər isə daha çox sözlərə həssasdırlar.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, qadınlar ardıcıl şəkildə “şirin sözlərdən” daha çox “şirin jestlərə” üstünlük verirlər. Evolyusiya baxımından qadınlar öhdəliyin hiss olunan, konkret sübutlarına daha çox dəyər verirlər, çünki ailənin həyatda qalması məhz bu davranışlardan asılı olurdu.
Müasir cütlüklər üçün isə bu nəticə çox praktik məna daşıyır: vədləri yerinə yetirmək və etibarlılıq – abstrakt anlayış yox, real romantik kapitaldır.
Stressli günlərdə yanında olmaq, qayğıların bir hissəsini üzərinə götürmək, çay hazırlamaq və ya ev işlərində yardım etmək kimi kiçik, amma mütəmadi jestlər qadında təhlükəsizlik və etibar hissi yaradır. Bu addımlar olmadan gözəl sözlər zamanla gücünü itirir.
Kişilərin reaksiyası çox vaxt kontekstdən və hisslərin necə ifadə olunmasından asılıdır. həm sözləri, həm də davranışları çox yaxşı görür və qiymətləndirirlər – xüsusilə də onlar səmimi qəbul olunursa.
Həm sözlərin, həm də addımların mənası ancaq o zaman olur ki, onların arxasında səmimi niyyət dursun – jest sadəcə “yerinə yetirilmiş hərəkət” deyil, həqiqi əlaqə yaratmaq arzusu olsun.