Nikaraqua nümayəndəsi “Kainat gözəli” müsabiqəsinin qalibi olub
19 noyabr 2023 09:51 (UTC +04:00)

Nikaraqua nümayəndəsi “Kainat gözəli” müsabiqəsinin qalibi olub

Salvadorda keçirilmiş 72-ci beynəlxalq “Kainat gözəli” müsabiqəsinin finalının qalibi nikaraqualı 23 yaşlı Şeynnis Alondra Palasios Kornexo olub.

Lent.az xəbər verir ki, tədbir müsabiqənin “YouTube” kanalında yayımlanıb.

“Müsabiqə iştirakçılarını, təşkilatçıları və müxtəlif ölkələrdən gəlmiş qonaqları qəbul etməkdən şərəf duyduq. “Kainat gözəli” müsabiqəsi bizə nəyə qadir olduğumuzu dünyaya göstərmək imkanı verib. Salvadorun intibahının bir parçası olmağı seçdiyiniz üçün təşəkkür edirik”, – Mərkəzi Amerika ölkəsinin Prezidenti Nayib Bukele vurğulayıb.

Qeyd edək ki, “Kainat gözəli” müsabiqəsi 2024-cü ildə Meksikada keçiriləcək.

“Kainat gözəli” hər il keçirilən beynəlxalq gözəllik müsabiqəsidir, dünyanın ən nüfuzlu gözəllik yarışmalarından biridir. Bu il tədbirdə 80-dən çox ölkədən qadınlar iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3924
avatar

Oxşar yazılar