Yeni Zelandiyanın Oklend şəhər sakini Zeyn Ueddinqin başına qəribə iş gəlib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kişinin qulaq kanalına nəhəng həşərat tarakan girərək orada “məskunlaşıb” və uzun müddət “ev sahibi”nin bundan xəbəri olmayıb.
Bir gün üzgüçülükdən qayıdarkən qulağında nəyinsə tərpəndiyini hiss edib. Düşünür ki, yəqin qulağına su yığılıb.
Günlər keçdikcə qulağında nələrinsə baş verdiyini hiss edir. Üz tutur həkimlə. Həkim ona antibiotiklər yazıb və qulaq kanalını gündəlik fenlə qurutmağı tövsiyə edib. İki gün keçsə də heç nə dəyişmir.
Gecələr yata bilmir, ağrılardan əziyyət çəkir. Bu dəfə ixtisaslaşdırılmış klinikaya müraciət edir.
Simptomları dinlədikdən sonra həkim kişinin qulağında şiş olduğunu güman edir. Müayinə zamanı həkim biixtiyar qışqırır: “Aman Allahım!”
Məlum olub ki, qulaqda nəhəng tarakan gizlənib. Həkim həşəratın yarısını çıxara bilir, qalan hissəsi isə tibbi aspirator vasitəsilə edilir.