Məşhur sinoptik: 2023-cü il   Yer kürəsində ən isti il olacaq
20 noyabr 2023 10:59 (UTC +04:00)

Məşhur sinoptik: 2023-cü il Yer kürəsində ən isti il olacaq

2023-cü ilin Yer kürəsində ən isti il olacağı proqnozlaşdırılıb.

Lent.az xəbər verir ki, bunu Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

Məlumata görə, tanınmış sinoptik Ümumdünya Meteorologiya Təşkilatının məlumatlarından istifadə edərək bu fikrə gəlib. 

"Hesablamalara görə noyabr, dekabr və bütün bu il rekord dərəcədə isti olacaq”,- deyə o bildirib. 

Vilfand bu vəziyyəti iki amillə izah edib. Onlardan biri istixana qazı emissiyalarının artan konsentrasiyasıdır. İkincisi, ekvatorial Sakit Okeanını qızdıran və planetin bəzi yerlərində istilik dalğaları yaradan El Nino təbiət hadisəsidir.

Meteoroloqun fikrincə, El Nino-nun təsiri ən azı 2024-cü ilin yazına qədər davam edəcək. Ona görə də, Vilfand hesab edir ki, gələn il də soyuq keçməyəcək.

Bundan əvvəl “Copernicus Climate Change Service” agentliyinin alimləri 2023-cü ilin son yüz min ildən çox müddətdə ən isti il ola biləcəyini bildirmişdi . 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4422
avatar

Sevinc Fərid

Oxşar yazılar