Dünyaca məşhur “Evdə tək” filminin ulduzu Makoley Kalkin evlənməyə qərar verib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 41 yaşlı aktyor oğlunun anası Brenda Sonqla nişanlanıb. Onların tezliklə nikah masasına oturacağı bildirilir.
Qeyd edək ki, cütlük keçən ilin aprelində dünyaya gələn övladlarına Dakota Kalkin adını qoyub. Bu isə 2008-ci ildə aktyorun avtomobil qəzasında həyatını itirdiyi böyük bacısının adıdır.