Maşında vacib olan 5 ƏŞYA
06 may 2023 12:00 (UTC +04:00)

Maşında vacib olan 5 ƏŞYA

Adətən avtomobilin saxlanc bölməsində lazımsız əşyalar qoyulur. 

Lent.az xəbər verir ki, burada çalışıb lazımlı əşyaları saxlamaq gərəkdir. Məsələn, bura sənədləri saxlamaq üçün ən yaxşı alternativdir. Çünki yollardakı vəziyyət gözlənilməz ola bilər. Buna görə avtomobilə aid texniki sənədləri “əldə” saxlamaq daha yaxşıdır.

Saxlanc bölməsinə qoyulması lazım olan əşyalardan biri də fənərdir. Çünki avtomobildə hər an nasazlığın baş verə biləcəyi ehtimalı var. Bu nasazlıq axşam saatlarında da ola bilər. Qaranlıqda avtomobilin detallarını yoxlamaq üçün əl fənəri vacibdir. 

Burada ehtiyat günəş eynəyi də olmalıdır. Əsasən də yay aylarında avtomobil sürərkən günəş eynəyindən istifadə mütləqdir. 

Əlavə olaraq avtomobilin saxlanc bölməsində nəm salfetlər saxlamağınız məsləhətdir. Harasa gedərkən əllərinizi silmək və avtomobildə toz yığınına qarşı bu salfetlər əhəmiyyət daşıyır. 

Avtomobildə saxlamalı olduğunuz başqa bir əşya isə telefon adapteridir. Vacib anlarda smartfonların şarjının bitməsinə qarşı olaraq avtomobilin saxlanc bölməsində adapter daşımaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2256
avatar

Sevinc Fərid

Oxşar yazılar