Marsda sel daşqınları olub? - Mütəxəssislər açıqladı
12 avqust 2023 12:27 (UTC +04:00)

Marsda sel daşqınları olub? - Mütəxəssislər açıqladı

Marsda fəaliyyət göstərən “Curiosity” aparatı uzaq keçmişdə planetdə mövsümi sel daşqınlarının olduğuna işarə edən izlər aşkarlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bunlar isə bioloji həyat növünün formalaşmasına istiqamətlənmiş münbit şəraitin yaranmasına səbəb olan proseslərdəndir.

Mütəxəssilərin fikrincə, uzaq keçmişdə Marsda həqiqətən də su mövcud olub. Ancaq Marsda suyun hansı vəziyyətdə olması mövzusunda alimlər arasında fikir ayrılığı yaranır. Alimlərin bir hissəsi düşünür ki, uzaq keçmişdə Marsda göllər və okeanlar mövcud olub. Digər hissəsi isə düşünür ki, planetdə buz çöküntüləri olub və planetin səthində suya maye şəklində nadir hallarda rast gəlinib.

Marsın müxtəlif hissələrində müxtəlif dövrlər üçün bu hər iki fərziyyə həqiqəti əks etdirə bilər. Alimlərin təqdim etdikləri yeni məlumatlarda uzaq keçmişdə Marsın minimum bir hissəsində mövsümi sel daşqınlarının olduğu qeyd edilib. Bu cür proseslər bioloji həyat növünün yaranması üçün lazım olan molekulların təbii yolla formalaşmasında helledici rol oynamış ola bilər. Digər tərəfdən lazımi molekulların olması bioloji həyat növünün inkişafı üçün mühüm olan şərtlərin dəqiq şəkildə mövcudluğu demək deyil. Məlumatda qeyd edilib ki, Mars səthində fəaliyyət göstərən "Curiosity" aparatı bir neçə sm enə və təqribi olaraq 10 sm dərinliyə sahib 6 bucaq formalı daş çöküntülərini aşkar edib. Bu cür çöküntülər Marsda palçığın quruması hesabına formalaşıblar.

Alimlərin fikirlərinə əsasən həmin daş çöküntülərin formalaşmasında mühüm rol oynadığı güman edilən su ya səth üzərində sel daşqını şəklində olub, ya da bu məsələdə qrunt suları rol oynayıb. Mütəxəssislər hesab edirlər ki, daş çöküntülərinin böyük ölçüdə olmaması səth üzərində sel daşqınlarına işarə edir. Çöküntülərdə olan çatlardakı daşlar kalsium sulfatlar ilə maqnezium qarışığından ibarətdir. Onlar isə adətən suyun quruması zamanı çöküntü halına gəlirlər. Bu cür proseslər Marsda suyun vulkanik aktivlik hesabına buzlaqların əriməsi sayəsində formalaşdığı fərziyyəsini aradan qaldırır. Bu proseslər daha çox müvsümi sel daşqınlarının məhsulları kimi qiymətləndirilir. Bu yeni araşdırma bir daha ona işarə edir ki, uzaq keçmişdə Marsda bioloji həyat növü üçün münbit şərtlərin olması ehtimalı yüksəkdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11049
avatar

Oxşar yazılar