Limondan 3 qat daha çox su  sıxmağın yolu – Faydalı hiylə
09 avqust 2024 13:55 (UTC +04:00)

Limondan 3 qat daha çox su sıxmağın yolu – Faydalı hiylə

Limon suyu gündəlik həyatda geniş istifadə olunur. O bəzi qənnadı məmulatların və bir çox salatların, yeməklərin əsas tərkib hissəsidir. Həmçinin, adi suya da əlavə etmək mümkündür. Bununla təravətləndirici içki əldə etmək olar.  Ancaq bəzən aşpazlar belə bu sitrus meyvədən kifayət qədər suyu sıxa bilmədiklərindən şikayətlənirlər.

Lent.az bunun sadə yolunu sizə təqdim edir. 

Limonu bir qaba qoyun və ora su tökün. Onun üzərinin tamamilə örtülməsi üçün kifayət qədər maye ilə doldurulmalıdır. Limonu çıxarın, su qabını sobaya qoyun və ocağını yandırın.

Maye yaxşı qızdırıldıqda (temperatur təxminən 50 dərəcə olmalıdır), içərisinə yenidən limon qoyun. 2 dəqiqədən sonra meyvəni çıxarın və soyuyana qədər gözləyin.

İsti limonu masanın üzərinə yuvarlayın, sitrus meyvələrini uzununa kəsin və suyunu dərin bir qaba sıxmağa başlayın. Bu zaman qaşıq deyil, çəngəldən istifadə edin. 
 
Təqdim olunan üsulla siz limondan 3 qat daha çox su sıxa bilərsiniz. Çünki yüksək temperatur limonu çoxlu mayeni verməyə məcbur edəcək. İkincisi, şirənin bolluğu qabığın yumşaqlığı ilə asanlaşdırılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 24225
avatar

Sevinc Fərid

Oxşar yazılar