Yəqin az adam bəkməz (doşab) sevmir. Amma bu min dərdə dərman olan şirniyyatın hazırlanarkən içərisinə mütləq kül və ya torpaq qatıldığını az adam bilir.
Lent.az-ın xəbərinə görə Zaqatala və Balakən zonasında xurmadan bəkməz hazırlanarkən meyvə şirəsinin içərisinə adi ocaq külü, Aran zonasında üzümdən bəkməz hazırlanarkən onun içərisinə gil torpağı qatılır. Kül və torpaq süzgəcdən keçirilmiş əzilmiş meyvənin tərkibindəki zərərli maddələri özünə çəkir, mineralların ayrılmasına xidmət edir, meyvələrin şərbətinin daha yaxşı çıxmasına, bəkməzin qatılığına təsir edir. Bəkməz əsasən xurma, üzüm, tut kimi şirin meyvələrdən hazırlanır. Ruslar küknar qozalarından, türklər keçibuynuzu meyvələrindən bəkməz bişirirlər.
Bəkməz hazırlanarkən dəymiş meyvənin üzərinə kül və ya torpaq tökərək onu yaxşıca əllə əzirlər. Bu proses yarım saata qədər davam etməlidir. Sonra əzilmiş meyvələrin üzərinə bir qədər su əlavə edib ocağın üzərinə qoymaq lazımdır. Qaynadıqda kəfi alınır, ocağın üstündən düşürülür. Bir torbaya tökülüb süzülür, meyvənin şirəsi ilə cecəsi ayrılır. Şirəni ikinci dəfə tənzifdən keçirib yenidən ocağa qoyub 1,5 saat qaynatmaq lazımdır. Şirə tünd qəhvə rəngi alanda hazır olmuş sayılır.
Cinsi gücü artırır. Eyni zamanda, sperma sayını artıran xüsusiyyəti var. Uşaq problemi yaşayan cütlüklərə yemək təklif edilir. Xolesterolu aşağı salır və təzyiqi tarazlayır. Qan azlığı, qaraciyər və dalaq xəstəliklərinin müalicəsi zamanı hər səhər bir qaşıq acqarına bəkməz içmək faydalıdır. Bədəni gücləndirir. Sizi daha enerjili hala gətirir. Sümükləri gücləndirən xüsusiyyəti var. Çünki kalsium mənbəyidir. Tərkibinə kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis, sink mineralları daxildir.