Kraliça II Yelizavetanın ölümündən sonra taxta çıxan Kral Çarlzın tacqoyma mərasimi başlayıb.
Lent.az “NTV”ə istinadən xəbər verir ki, ölkənin müxtəlif şəhərlərindən on minlərlə insan paytaxt Londona gəlib. Onlar bu tarixi günə şahid olmaq üçün London küçələrini doldurub.
Uesminster Abbey kilsəsində baş tutan mərasimə kral ailəsinin üzvləri ilə yanaşı, siyasi liderlər və məşhurlar da qatılıb.
İngiltərədə 70 ildən sonra ilk dəfə keçirilən tacqoyma mərasiminə qatılanların sayı məhdudlaşdırılıb. Kraliça Yelizavetanın tacqoyma mərasimi ilə müqayisədə qonaqların sayının demək olar ki, yarı olduğu müşahidə edilib.
Tacqoyma mərasimi Britaniya tarixində ikinci dəfədir ki, televiziya vasitəsilə canlı yayımlanır.
Mərasimə 1066-cı ildən bəri olduğu kimi Kanterberi arxiyepiskopu rəhbərlik edir.
İngiltərənin 40-cı monarxı olan Kral Çarlzın qanuni tələb kimi andiçmə mərasimi artıq baş tutub.
Tarixi kilsədə mərasimdən əvvəl ser Con Eliotun rəhbərliyi ilə musiqili tamaşa göstərilib. Kilsəyə bir çox dini liderlər də qatılıb.
Kral Çarlz və xanımı Kamilla Uestminster Abbey kilsəsinə Bukinqem sarayından "The Brilliant Jubilee State Coach" adlı at arabası ilə gəlib. Belə ki, bu faytonun 2012-ci ildə Kraliça Yelizavetanın 80 illik yubileyində istifadə edilməsi planlaşdırılırdı. Amma restavrasiya işləri çatdırılmadığı üçün ondan istifadə oluna bilməyib.
Mərasimə həmçinin, taxtın varisi Şahzadə Vilyam və Şahzadə Keyt də qatılıb.
Kral ailəsini tərk edərək həyat yoldaşı Meqan Markl ilə Amerikaya köçən Şahzadə Harri isə atasının tacqoyma mərasiminə tək gəlib.