Kloun fahişəliyə  başladı və  gizli polisin  əlinə keçdi
13 iyul 2024 19:59 (UTC +04:00)

Kloun fahişəliyə başladı və gizli polisin əlinə keçdi

ABŞ-ın Pensilvaniya ştatında kloun seks xidməti göstərərkən yaxalanıb.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, qeyri-qanuni fahişəliklə mübarizə əməliyyatı zamanı polis əməkdaşları seksual xidmətlər təklif edən internet yazılarına nəzarət ediblər. Gizli polis əməkdaşlarından biri 28 yaşlı Frensis Buinin yerləşdirdiyi elanla rastlaşıb və asayiş keşikçisi potensial müştəri adı altında onunla yazışmağa başlayıb. 

Qısa mesaj mübadiləsindən sonra Bui məmurdan cinsi əlaqədə olmağı xahiş edib və onunla bir saatın 100 dollara başa gələcəyini bildirib. Müştəri qiyafəsində olan polis qiymətə razılaşıb və oteldə görüş təyin edib. Bui gələndə onu həbs ediblər.

Dindirilmə zamanı polis Buinin sirkdə çıxış edən peşəkar kloun olduğunu müəyyən edə bilib. O, bir müddət əvvəl fahişəliklə məşğul olmaq qərarına gəldiyini və ilk dəfə cinsi xidmət göstərməyə çalışdığını iddia edib. 

Onun sözlərinə görə, nə etdiyini bilirdi, amma pula çox ehtiyacı var. Bui avqustun 16-da məhkəmə qarşısına çıxacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3684
avatar

Oxşar yazılar