Kitabları və qəzeti  televizorun yanına qoymayın –  SƏBƏB
22 avqust 2024 16:05 (UTC +04:00)

Kitabları və qəzeti televizorun yanına qoymayın – SƏBƏB

Bir çox insanlar televizorun yanında bir yığın kitab, qəzet və ya jurnal qoymağa üstünlük verir. Ancaq bu adi bir şey kimi görünsə də, təhlükəli vərdişdir. Cihazın yanında böyük miqdarda kağız olması faciəvi nəticələrə səbəb ola bilər.

Lent.az xəbər verir ki, televizoru uzun müddət işlətmək onun isinməsinə gətirib çıxarır. Nəticədə cihaz sıradan çıxıb, tüstülənə və bu da bədbəxt hadisə yarada bilər. Buna görə də televizorun yanında tez alışan materiallar qoyulmamalıdır. 

Eyni səbəbdən, cihazı pəncərəyə (daha doğrusu, pərdələrə) çox yaxın quraşdırmaq böyük səhvdir. 

Və ən vacib tövsiyə isə ondan ibarətdir ki, televizoru nəzarətsiz qoymayın. Söhbət həm də “gözləmə rejimi” adlanan rejimdən gedir. Televizora baxmağı bitirdiniz? O zaman söndürmə düyməsini basmaqla kifayətlənməyin, həm də televizoru elektrik yuvasından ayırın. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2061
avatar

Sevinc Fərid

Oxşar yazılar