“Instaqram”dan ən çox hansı ölkələr istifadə edir? –  İlk 5 ölkə
02 avqust 2024 23:21 (UTC +04:00)

“Instaqram”dan ən çox hansı ölkələr istifadə edir? – İlk 5 ölkə

“Instaqram”ın bu gün səhər saatlarında Türkiyədə bloklanması bir çox müzakirələrə səbəb olub.

Lent.az xəbər verir ki, müzakirələr zamanı dünya “Instaqram”dan ən çox istifadə edilən ölkənin məhz Türkiyə olduğu məlum olub.

Qeyd olunur ki, Türkiyə bütün dünyada 32 saatdan çox istifadə müddəti ilə liderdir və Türkiyəni bu məsələdə Braziliya və Argentina izləyir.

Belə ki, Türkiyədə platformanın hər bir aktiv istifadəçisinin aylıq istifadə müddəti orta hesabla 32 saat 41 dəqiqədir.

Bu, Türkiyədən sonra bu məsələdə ikinci olan Braziliyadan düz 10 saat çoxdur. Braziliyada bu müddət 22 saat 27 dəqiqədir.

Argentina 21 saat 24 dəqiqə ilə üçüncü, Hindistan 19 saat 50 dəqiqə ilə dördüncü, Çili  isə 19 saatla beşinci yerdədir.

“Instaqram”dan ən az istifadə edən ölkə isə Yaponiyadır. Burada “Instaqram”dan istifadə müddəti 2,1 saatdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447
avatar

Oxşar yazılar