Finlandiyanın Uusimaa əyalətinin Vantaa şəhərindəki xəstəxana işçiləri insan yeyən pişiyi tutublar.
Lent.az xarici mediaya istinadla bildirir ki, morqda insan qalıqları ilə qidalanan heyvanı tibb müəssisəsinin əməkdaşları yaxalayıb. Onlar iddia edirlər ki, pişik xəstəxananın həyətindəki soyuducu kameraların yerləşdiyi müvəqqəti anbara girib.
Tibb müəssisəsinin əməkdaşları içəri girən pişiyin nə qədər meyitə zərər verdiyini açıqlamır. Eyni zamanda xəstəxanadan heyvanın sahibsiz heyvan olması və nə klinikaya, nə də onun heç bir əməkdaşına aidiyyatı olmadığı deyilib. Heyvan sığınacağa aparılıb.
Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.