Böyük Britaniyada 1972-ci il istehsalı olan sükanı sağda yerləşən “Moskvich” tapılıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə 2 milyon ədəd “Moskviç-412” markalı avtomobil istehsal olunub.
Bunlardan sadəcə 32 min 849-da sükan sağ tərəfdə yerləşir. Bu isə sovet sənayesi üçün nadir hal hesab olunur.
Maraqlıdır ki, “Moskviç” təkcə sovet yox, həm də digər ölkələrə də ixrac olunub. Lakin bu avtomobillərin sayı olduqca azdır.
Məlumata görə, İngiltərədə tapılan avtomobil 75 at gücünə malik standart 1,5 litrlik mühərrikə malikdir. Onun sağlam vəziyyətdə olduğu deyilir.