Hirslənəndə niyə "zəhər, zəqqum ye"  deyirlər? - "Belə yaranıb"
03 avqust 2024 19:12 (UTC +04:00)

Hirslənəndə niyə "zəhər, zəqqum ye" deyirlər? - "Belə yaranıb"

Acıqlı olanda insanların bir-birinə söylədiyi “zəhər zəqqum ye” deyə bir kəlmə var. Bəs bu zəqqum nədir?

Lent.az “Belə yaranıb” rubrikasında hirsli adamların “menyusuna daxil edilən” zəqqum barədə məlumat verir.

Dini rəvayətlərə görə, cəhənnəmə düşəcək adamlar zəqqum ağacının meyvələri ilə qidalanacaqlar. Bu ağacın meyvələri şeytan başına bənzəyir və murdar dadır.

Əslində isə zəqqum elmi adı “Nerium oleander” olan bitkiyə xalq içində verilmiş addır.

Zəqqum sözü bir növ zəhər sözünün sinonimidir.

Zəqqum ağacının yarpaqları və çiçəkləri zəhərlidir. Ondan bəzək ağacı kimi istifadə edilsə də, həyətlərdə əkilməsi tövsiyə olunmur. Çünki azyaşlılar və bilməyənlər üçün təhlükəli ola bilər. Elə bu səbəblə də bir inanc meydana çıxıb. Zəqqum ağacı hansı həyətdə əkilərsə, o yerdə bədbəxtlik olacağı deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar