Eyni xüsusiyyətlərə malik olan troposferdə ümumi sirkulyasiya axınlarında hərəkət edən böyük hava həcmlərinə hava kütlələri deyilir.
Lent.az xəbər verir ki, hava kütlələri 100 000 km2, bəzən isə 1000 000 km2 ərazini tuturlar.
Maraqlıdır, bəs hava kütlələri neçə yerə bölünür?
Yayıldığı ərazilərin səth temperaturlarından yüksək temperaturu olan hava kütlələrinə isti hava kütlələri deyilir. Belə hava kütlələrinin əraziyə daxil olması ilə səthin temperaturu yüksəlir, hava kütləsinin özü isə yerə yaxın qatda soyuyur. Yayıldığı ərazilərdə temperaturu səth temperaturundan aşağı olan hava kütlələrinə isə soyuq hava kütlələri deyilir. Bu cür hava kütlələrinin əraziyə daxil olduğu zaman hava soyumağa, hava kütləsinin özü isə tədricən qızmağa başlayır.