Hansı pişik cinsləri  ən təhlükəlidir?   Onlarla zarafat etmək pisdir
26 mart 2023 14:40 (UTC +04:00)

Hansı pişik cinsləri ən təhlükəlidir? Onlarla zarafat etmək pisdir

Əgər saf cins pişik almaq qərarına gəlsəniz, onun cinsinin təhlükəli olanlar siyahısına daxil olub-olmadığını yoxlamağı unutmayın.

Lent.az xarici mediaya istinadən hansı pişik cinslərinin ən təhlükəli hesab edildiyini xəbər verir.

Ən təhlükəli pişik cinsləri

Ən təhlükəli cins hausi (çauzi) cinsidir. Birincisi, bu, ev və qamış pişiyinin hibrididir.

İkincisi, hausinin yetişdirilməsində Həbəş pişikləri iştirak edib. 

Savanna və Benqal da çox təhlükəli cinslər hesab olunur.

Bunlar həm də hibrid cinslərdir. Benqal - ev və vəhşi Benqal pişiyi, Savanna - ev pişiyi və servalın qarışığıdır.

Bundan əlavə, dünyaca məşhur siam pişiyi də təhlükəli cinslərə aiddir.
 

# 3057
avatar

Oxşar yazılar