Hamını təəccübləndirən qəbilə:  Ölünün külünü yeyirlər
28 oktyabr 2021 02:22 (UTC +04:00)

Hamını təəccübləndirən qəbilə: Ölünün külünü yeyirlər

Braziliya və Venesuela sərhədlərində yaşayan Yanomami qəbiləsi maraqlı adət-ənənələri ilə hər kəsi təəccübləndirir. Dünyanın bir çox müxtəlif bölgələrində fərqli adət-ənənələrə malik tayfalar olsa da, yanomamilər onların arasında ən unikal xüsusiyyətlərə malikdir.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, təxmin edilir ki, bu gün yalnız 35.000 yerli Yanomami üzvü qalıb. Xarici dünya ilə böyük ölçüdə əlaqəsi olmayan bu qəbilə zorakılığa olan marağı ilə də tanınır. Qəbilənin kişiləri isə zorakılığa xüsusi meylləri ilə tanınır. Qəbilə qadınları iri heyvanların ovlanması və öldürülməsi istisna olmaqla, bütün ev işlərinə görə məsuliyyət daşıyırlar. Qəbilə qidasının 80 faizini öz bağlarından alır. Yanomami qadınları məhsul verənə qədər bağçalarında tərəvəz əkirlər.

Amazon bölgəsinin torpağı çox münbit olmadığı üçün iki-üç ildən bir bağlarını başqa yerlərə köçürürlər. Ovçuluq tayfanın qidasının 10 faizini təmin etsə də, ovçuluq kişilər arasında çox mühüm hesab edilir. Ov qaydaları arasında onların öldürdüyü əti yeməmək də var. Hər ovçu öz öldürdüyü heyvanını başqasına verir.

Ovlar qəbilə kişiləri arasında bölüşdürülür. Yanomami qızlarından çox gənc yaşlarından analarına kömək etmələri gözlənilir. Müəyyən yaşda olan gənc qızlardan da evlənmək və çoxlu uşaq dünyaya gətirmək istənilir. Qəbilədə qohum nikahları da geniş yayılıb. Qəbilədə əksər hallarda xala uşaqları kimi evliliklərə rast gəlinir.

Rituallar Yanomami mədəniyyətinin çox mühüm hissəsi hesab olunur. Burada hər canlının, daşın, qayanın, hər hansı bir əşyanın ruhu olduğuna inanılır. Bu ruhların bəzən yaxşı, bəzən də pis və təcavüzkar olduğu, bəzən də xəstəliklərə şəfalı olduğuna inanılır.

Qəbilə daxilində keçirilən mərasimlərin əksəriyyətində qadınların iştirakına icazə verilmir. Bununla belə, mərasimin hazırlanmasında qadınlar mühüm rol oynayır. Böyük mərasimlər üçün Yanomami qadınları kişilər üçün yemək və içki hazırlayır.

Qəbilənin ən maraqlı xüsusiyyətlərindən biri də ölən qohumunun külünün qaynadılmış bananla qarışdırılaraq yeyilməsidir. Bu ənənə Yanomami xalqını gücləndirmək və həmin şəxsin ruhunu canlı saxlamaq üçün edilir. Beləliklə, mərhumun səlahiyyətlərinin onlara keçəcəyinə dair bir inanc var.

 

 

# 8019
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar