Gəlin trans çıxdı,  imam nikahdan imtina etdi 
11 fevral 2022 19:54 (UTC +04:00)

Gəlin trans çıxdı, imam nikahdan imtina etdi 

Kazanın “Gailya” məscidində arzuolunmaz hadisə yaşanıb. 

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, məscidin imamı Rüstəm Xayrullin nikah üçün ona müraciət edən cütlüyün arzusunu ürəyində qoyub.

Söhbət əsnasında məlum olub ki, gəlin transseksualdır. Bu səbəbdən imam onların nikahını kəsməkdən imtina edib. O, gəlinə islam dininin bu cür əməlləri qadağan etdiyini izah edib.

“Cütlüyə başa saldım ki, islam cinsin dəyişdirilməsinin əleyhinədir. Ona görə də nikahın kəsilməsindən qəti şəkildə imtina etdim”, deyə din xadimi bildirib.

Rüstəm Xayrullin qeyd edib ki, islam qanunlarına görə, heç kim heç bir bəhanə ilə cinsiyyətini dəyişə bilməz: “Uca Allah sənə kişi və ya qadın olmaq imkanı verib, ona görə də sən özün olmalısan. Həkimlərin müdaxiləsi yalnız sağlamlığı yaxşılaşdırmaq və ya insanın həyatını xilas etmək üçün lazımdır. Amma cinsiyyətin dəyişdirilməsi qəti olaraq qadağadır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5337
avatar

Rəsul SARI

Oxşar yazılar