Frida Kahlo
06 avqust 2021 15:00 (UTC +04:00)

Frida Kahlo

Frida Kahlonun heç yerdə görmədiyiniz özəl FOTOLARI

Frida Kahlo 6 iyul 1907-ci ildə anadan olub. Meksikalı Kahlo, XX əsrin ən məşhur mədəniyyət simvolu olaraq tanınır. Onu çoxları rəsm əsərləri ilə tanıyırlar. Əlbəttə, Frida Kahlonu məşhur edən təkcə rəsm əsərləri deyil; Şəxsi həyatı və siyasi baxışları da Fridanı hər zaman diqqət mərkəzində saxlayıb.

Altı yaşında poliomielit nəticəsində bir ayağı şikəst olan Frida, bu əlilliyi ona mane olaraq görmədi və Milli Hazırlıq Məktəbində oxudu. Bu məktəb Frida Kahlonu sənət, ədəbiyyat və fəlsəfə kimi sahələrə apardı. 17 sentyabr 1925-ci ildə Frida Kahlonun yaşadığı bir avtobus qəzası, bütün həyatının xəstəxana ilə həkimlər arasında keçməsinə səbəb oldu.

Frida Kahlo, ailəsinin təşviqi ilə çətinlik və ağrıdan xilas olmaq üçün rəsm çəkməyə başladı. Yataq otağının tavanındakı güzgüyə baxaraq avtoportretlər çəkdi. İlk avtoportreti "Məxmər Geyimdə Avtoportret" dir. 1927-ci ilin sonunda gəzməyə başladı.

Frida, Meksikalı rəssam Diego Rivera ilə tanış oldu. Aralarında romantik bir əlaqənin yaranması nəticəsində cütlük 21 avqust 1929 -cu ildə evləndi. O 1939-cu ildə xəyanəti səbəbiylə ərindən ayrıldı, ancaq bir il sonra yenidən evləndilər. Frida Kahlo 13 iyul 1954 -cü ildə ağciyər emboliyasından öldü.

Frida Kahlonun 143 rəsm əsəri var və bunlardan 55-i özünündür.

Lent.az Kahlonun heç vaxt görmədiyiniz ən özəl fotolarını təqdim edir:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3582
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar