Fillər də eyni qidanı qəbul etməyi xoşlamır
05 iyul 2023 21:32 (UTC +04:00)

Fillər də eyni qidanı qəbul etməyi xoşlamır

Aparılan tədqiqat fillərin nahar vaxtı qəbul etdikləri qidaya son dərəcə məsuliyyətlə yanaşdığını göstərir.

Lent.az xəbər verir ki, Yer üzündə günbəgün eyni qidanı qəbul etməyi xoşlayan insanlar azlıq təşkil edir. İnsanların əksəriyyəti yenə də tarazlaşdırılmış və çeşidli rasiona üstünlük verir. “Daily Mail” nəşrinin yazdığına görə, indi tədqiqatçılar hesab edirlər ki, qida məhsullarının seçiminə bu cür son dərəcə dəqiq yanaşan təkcə biz deyilik.

Yeni araşdırmada Braun Universitetindən (ABŞ) olan alimlər müəyyən ediblər ki, fillər də insanlar kimi rasionlarını diqqətlə planlaşdırır və bu gün naharda nə qəbul etdiyini seçirlər. Tədqiqatçılar Keniyada iki fərqli fil sürüsünün nə yediyini dəqiq müəyyən etmək üçün DNT metabarkodlaşdırılmasından istifadə ediblər. Qeyd edək ki, bu üsul bioloji nümunələr, saç və nəcis nümunələrinin təhlilini ehtiva edir. Sonra alimlər DNT fraqmentlərini bitki DNT-nin “barkod” kitabxanası ilə tutuşdururlar. 

Araşdırmanın nəticələri sübut edir ki, fillərin rasionu nəinki sürülər, həm də qidanı birgə toplayan kimi görünən bir ailənin ayrı-ayrı üzvləri arasında əhəmiyyətli dərəcədə fərqlənib. Alimlər onların qidalandığı bitkilərin cəmi 137 müxtəlif növünü eyniləşdiriblər. Maraqlıdır ki, fillər rasionlarını hava və öz seçimlərindən asılı olaraq dəyişə bilirlər.

Tədqiqatın müəlliflərinin sözlərinə görə, nəcis növlərindən birində onlar müxtəlif bitkilərin təxminən 140 DNT nümunələrini aşkar ediblər ki, bu da fillərin olduqca müxtəlif qidaları qəbul etdiyini göstərir. Alimlər həmçinin qeyd edirlər ki, bu heyvanlar rasionlarını təkcə nəyin əlçatan olduğundan asılı olaraq dəyişmir, rasionun tərtibində həmçinin onların üstünlükləri və orqanizmin fizioloji ehtiyacları mühüm rol oynayır.

Misal üçün, hamiləliyin müxtəlif dövrlərində dişi filin seçimləri və bununla da qida rasionu dəyişə bilər. Tədqiqatçılar, həmçinin müəyyən ediblər ki, fillər azuqəni qrup şəklində toplayır, lakin hər kəsin fərqli üstünlükləri olduğu üçün bu, heç kimin ac qalmamasını təmin edir.

Araşdırmanın müəllifi Tayler Kartzinelin sözlərinə görə, əvvəllər tədqiqatçıların fillərin əslində nə yediyi barədə dəqiq bir təsəvvürü yox idi. Əsas səbəb odur ki, bu iri və xarizmatik məməliləri müşahidə etmək son dərəcə çətindir və onlara yaxınlaşmaq olduqca təhlükəlidir. Bir qayda olaraq, onlar gecə vaxtı sıx kolluqlarda qidalanır.

Tədqiqatçılar hesab edirlər ki, müxtəlif növlərin rasionu haqqında daha çox məlumat əldə etdikdən sonra bəşəriyyət, əslində, fillər, kərgədanlar, bizonlar kimi mühüm növləri daha yaxşı idarə edə biləcək. Bu isə öz növbəsində onların populyasiyalarının davamlı artmasını təmin etməyə imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848
avatar

Oxşar yazılar