Yaşlı fransız qadının evində saxladığı Çin vazası ona sanballı gəlir gətirib.
Lent.az xəbər verir ki, parisli qadın ona nənəsindən miras qalan çini vazı satmaq üçün hərraca qoyub.
Start qiyməti 2000 avro olan əşyaya 30 çinli iddiaçı qiymət artımı edib. Son nəticədə vaz 7,7 milyon avroya (15 milyon AZN-dən çox) satılıb.
Məlum olub ki, qadına öz kolleksiyaçı nənəsindən miras qalan vaz 17-ci əsrin nadir nümunələrindəndir. Çinli kolleksiyaçılar isə öz ölkələrinə aid əşyaları sanballı qiymətə alaraq vətənə qaytarırlar.