Türkiyənin reytinqli “Eşkiya Dünyaya Hükümdar Olmaz” (EDHO) serialı “Blu TV” internet televiziyası üzərindən yayımını bərpa edəcək.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müəlliflik hüququ ATV kanalına məxsus olduğu üçün serialın adı “Son Əfsanə” olaraq dəyişdiriləcək.
Serialın baş rolu Oktay Kaynarca və Yunus Emre Yıldırımerin yeni bölümlərdə iştirak etməyəcəkləri bildirilib. Serialın baş rolu isə Okan Akbabanın olacağı deyilir.
“Son Əfsanə” serialının yayım tarixi yaxın vaxtlarda açıqlanacaq.
Qeyd edək ki, oktybarın 26-na nümayişi planlaşdırılan ekran işinin anidən nümayişi dayandırılmışdı.