Ən sürətli məzar qazma  rekordu
01 avqust 2024 11:06 (UTC +04:00)

Ən sürətli məzar qazma rekordu

ABŞ-dan olan keçmiş yüngül çəkidə dünya çempionu Xose Luis Rivera ən sürətli qəbir qazma rekordçusu olmaq qərarına gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 2018-ci il oktyabrın 20-də istədiyinə nail ola bilib – ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində təkbaşına iki saat sərf edərək tam məzar qazıb.

Diqqət çəkən odur ki, eyni rekordu qazanmaq üçün bir dəfə cəhd edib və bu uğursuzluqla nəticələnib. Beləliklə, 2016-cı ildə eyni Klivlenddəki Riverside qəbiristanlığında Xose Luis 6 fut dərinlikdə, 8 fut uzunluğunda və 3 fut enində (1 fut təxminən 0,3 metrə bərabərdir) qəbir qazmağa cəhd edib. O, qarşısına şərt qoyub ki, işi 2,5 saata bitirsin. Bununla belə, Rivera 90 dəqiqə qazmadan sonra beton və mərmilərə rast gəlib və bu səbəbdən rekorda imza atmaq üçün gözləməli olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092
avatar

Fidan İlqar

Oxşar yazılar