Ən gənc "Oskar" mükafatçısı narkotikə görə  İNSULT KEÇİRDİ
06 iyul 2023 19:59 (UTC +04:00)

Ən gənc "Oskar" mükafatçısı narkotikə görə İNSULT KEÇİRDİ

Amerikalı aktrisa və tarixin ən gənc "Oskar" mükafatçısı Tatum Onil altı həftə komada qalıb və insultdan sonra danışma qabiliyyətini itirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə özü danışıb.

59 yaşlı sənətçinin sözlərinə görə, 2019-cu ilin ortalarında narkotik istifadəsi səbəbindən insult keçirib. O, altı həftə komada olduğunu və oyananda bir kəlmə belə xatırlamadığını deyib:

“Komadan çıxanda ilk düşündüyüm anam oldu. Amma harada olduğumu və nə düşünəcəyimi bilmirdim. Və sözüm yox idi".

Həkimlər aktrisaya afaziya - insanın nitq funksiyalarını itirdiyi beyin zədəsi diaqnozu qoyublar. O, diaqnozdan bir neçə il sonra reabilitasiyaya davam etdiyini və danışmağı, oxumağı yenidən öyrəndiyini söyləyib.

Bundan əlavə, onun sözlərinə görə, o, alkoqol və narkotik asılılığından qurtulmağa kömək edən 12 addımlıq proqramda iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2055
avatar

Fidan İlqar

Oxşar yazılar