Umemo Sumiyama və Koume Kodama
23 sentyabr 2021 21:19 (UTC +04:00)

Umemo Sumiyama və Koume Kodama

Dünyanın ən yaşlı əkiz bacıları - FOTO

Sentyabrın 1-də 107 il 300 gününü tamamlayan yapon qadınlar Umemo Sumiyama və Koume Kodama, dünyanın ən yaşlı qadın əkizləri kimi tanınıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ginnesin rekordlar kitabının saytına məlumat verilib. 

İndi bacılar fərqli bölgələrdəki qocalar evlərində yaşayırlar. COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər səbəbiylə Ginnesin rekordlar kitabının nümayəndələri rekordçulara sertifikatlarını şəxsən təqdim etmək üçün Yaponiyaya gələ bilmədiklərindən poçtla göndərilib.

Qocalar evi işçilərinin dediyinə görə, Sumiyama sertifikatı görəndə ağlayıb. Son vaxtlar yaddaşı pisləşən Kodama, əhəmiyyətini tam dərk edə bilməyib. Ancaq Kodamanın uzun illərdir rekorddan bəhs etdiyini nəzərə alsaq, ailəsi bu nailiyyətin rəsmi olaraq tanınmasından xoşbəxtdir. Əkizlər dünya rekordu vuracaqlarını zarafat etsələr də, ailələri əslində rekordlar kitabına düşəcəklərini gözləmirdilər.

Sumiyama və Kodama 1913-cü il noyabrın 5-də Kaqava prefekturasının Sedo adasında 13 nəfərlik böyük ailədə doğulublar. 

Qohumlarının dediyinə görə, əkizlər ünsiyyətcil və pozitivdirlər, nadir hallarda xırda şeylərdən narahatdırlar, lakin Sumiyama daha iradəli, Kodama isə daha yumşaqdır.

Gənc yaşlarından qadınlar ayrı yaşamağa başlayıblar. İbtidai məktəbi bitirəndə Kodama adanı tərk edərək əmisinə kömək etməyə gedib. Tezliklə evlənib. Sumiyama da evlənib, ancaq Sedo adasında qalıb.

Bacılar bir-birindən 300 kilometr aralıda yaşadıqları üçün bir-birlərini tez-tez görə bilməyiblər və bir qayda olaraq toylarda və yas mərasimlərində görüşüblər.

Yapon qadınları iki dünya müharibəsindən sağ çıxıblar. Təxminən 70 yaşlarında ikən birlikdə Buddist həcc ziyarətinə gediblər.

# 2610
avatar

Oxşar yazılar