NBA basketbol komandasının ən məşhur oyunçularından biri Dennis Rodman tarixə öz adını qəribəlikləri ilə yazdıran idmançılardandır.
Lent.az “Göz önündə” rubrikasında dünyanın ən qəribə xarakterli idmançısı , hazırda 59 yaşı olan ekstravaqant Rodman barədə maraqlı faktları təqdim edir.
Məşhurlaşana qədər gecələr hava limanında yükdaşıyan işləyib. Etiraf etdiyinə görə, sərnişinlərin çamadanlarından çoxlu qiyməli əşyalar, o cümlədən 50-dən çox bahalı saat oğurlayılb.
Dəfələrlə adı təcavüz faktlarında hallanıb. Amma həmişə vəkillər vasitəsilə həbsdən yaxa qurtara bilib.
Dəfələrlə seksual orgiyalar keçirib və bu barədə özü danışıb.
Bir dəfə dəvət aldığı teleşoulardan birinə tamilə çılpaq şəkildə gəlməyə cəsarət edib.
Biseksual olduğunu da etiraf etməkdən çəkinmir.
O, normal adamların asanlıqla gedə bilmədiyi Şimali Koreyaya istədiyi zaman girib çıxmaqla qalmayı, ölkə lideri Kim Çen In ilə də dostluq edir.
O, dünyada özü ilə evlənən tək insan ünvanına da sahibdir. 1996-cı ildə gəlinlik geyinərək, özünü çox bəyəndiyini deyərək kameralar qarşısına keçib, özü ilə evlənib.
Keyfi istəyəndə oyuna çıxmır, yatıb qalır, operatorlarıla dalaşır, məşqçilərinə kəllə atırdı.
Rodman Van Dammla birlikdə bir döyüş filmində də çəkilib. Rejissorlar onu zəbt edə bilmədikləri üçün ikinci dəfə rol təklif etməyiblər.
Məşhurluğunun zirvəsində ikən böyük yarışlardan birindən öncə idman sarayının avtomobil parkında arvadı ilə, yəni özü ilə (xatırladaq ki, özü ilə evlənib) dalaşmış Dennis başına tapança dayayaraq özünü öldürmək istəmişdi. Lakin bir neçə saniyə sonra fikirndən vaz keçərək, basketbol sahəsinə atılmışdı.
Həmkarı Maykl Cordanla basketbol sahəsindən kənarda bir kəlmə belə kəsməməyə söz verib. Rodman bir zaman iddia etmişdi ki, dünya şöhrətli müğənni Madonna ondan hamilə qalmaq üçün 20 milyon dollar təklif eləsə də, basketbolçu bunu qəbul etməyib.