Dünyanın  ən böyük ilanı   tutuldu - 20 adam onu yerdən zorla qaldırdı
27 avqust 2024 20:42 (UTC +04:00)

Dünyanın ən böyük ilanı tutuldu - 20 adam onu yerdən zorla qaldırdı

Uzunluğu 7,67 metr, çəkisi 158 kiloqram olan Ağlı Pitonu dünyanın sağ tutulan və heyvanxanada saxlanılan ən böyük ilanı adını qazanıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Medusa adlı ilanı görmək istəyənlər Kanzas-Sitidəki “The Edge of Hell Haunted House” heyvanxana muzeyində onu ziyarət edə bilərlər.

Ən çox yayılmış növlərdən biri olan Birma pitonuna Floridada çox rast gəlinir.

Meduza indiyə qədər tutulan ən böyük ilan ola bilər, lakin mütəxəssislərin fikrincə, onu dünyada tapılan ən böyük ilan olduğunu söyləmək doğru deyil.

“Amazon cəngəlliklərində daha böyük pitonların yaşadığına əminik”, - onlar bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1065
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar