Dünyanın ən bahalı rəsmini  kim alıb?  - İllərdir görün harada saxlanırmış?
21 avqust 2024 16:45 (UTC +04:00)

Dünyanın ən bahalı rəsmini kim alıb? - İllərdir görün harada saxlanırmış?

Dünyanın ən bahalı rəsm əsəri illərdir gömrük anbarında saxlanılır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 2017-ci ildə Nyu-Yorkda “Christies”də rekord qiymətə - 450 milyon dollara satılan Leonardo da Vinçinin "Salvator Mundi" əsərinin taleyi bir neçə ildir ki, məlum deyildi.

İsanın rəsminin alıcısının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman olduğu güman edilir. Lakin o, bunu heç vaxt rəsmi şəkildə təsdiqləməyib.

BBC-nin yeni sənədli filmi bu hekayəyə işıq salıb. Amerikalı professor və Yaxın Şərq üzrə ekspert Bernard Heykel Səudiyyə Ərəbistanının mədəniyyət nazirindən Da Vinçinin əsərinin Cenevrədəki gömrük anbarında saxlandığını öyrənib.

Səudiyyə Ərəbistanının vəliəhdi rəsm əsəri üçün Ər-Riyadda muzey tikmək istəyir. Bu arada gömrük nəzarətində olan şəxsi anbarlar bunun üçün ən yaxşı yerdir. Orada ideal temperatur və rütubət qorunur, binalar etibarlı şəkildə mühafizə olunur. Cenevrədəki gömrük anbarında bir milyondan çox sənət əsəri saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801
avatar

Oxşar yazılar