Dünyanın 10 ən yaşamalı şəhəri bunlardır - Siyahı
18 iyul 2024 05:39 (UTC +04:00)

Dünyanın 10 ən yaşamalı şəhəri bunlardır - Siyahı

Dünyanın ən yaxşı şəhərlərini saydığımız zaman həyat keyfiyyətini mütləq nəzərə almalıyıq.

Lent.az xəbər verir ki, həyat keyfiyyəti dediyimiz zaman gediş-gəlişindən tutmuş qoxusuna qədər hər şey nəzərdə tutulur.

Oxford Economics 2024 Qlobal Şəhərlər İndeksini 6 əsas göstəriciyə görə müəyyən edib ki, bunlar da insanların gözlədiyi həyat, adambaşına düşən gəlir, gəlir bərabərliyi, istirahət və mədəniyyət sahələri, internet sürəti və mənzil xərcləridir.

Bu göstəriciləri nəzərə aldığımız zaman dünyanın ən yaşamalı şəhərlərinin başında Fransanın Qrenobl şəhəri gəlir.

Alp dağlarının “paytaxtı” sayılan bu şəhər 100-dən 100 almağı bacarıb. Populyar gəzinti yeri olmaqla yanaşı, Qrenobl həm də elmi tədqiqat mərkəzi kimi də tanınır.

Siyahıda ilk onluğa daxil olan şəhərlərin siyahısı aşağıdakı kimidir:

Qrenobl, Fransa

Kanberra, Avstraliya

Bern, İsveçrə

Bergen, Norveç

Bazel, İsveçrə

Lüksemburq, Lüksemburq

Reykyavik, İslandiya

Sürix, İsveçrə

Gent, Belçika

Nant, Fransa

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8637
avatar

Oxşar yazılar