Dünyada bir ilk : İnsana titan süni ürək taxılıb
03 avqust 2024 04:54 (UTC +04:00)

Dünyada bir ilk: İnsana titan süni ürək taxılıb

Dünyada ilk tam mexaniki süni ürək transplantasiyası ABŞ-da həyata keçirilib.

Lent.az xəbər verir ki, ABŞ-ın Texas ştatında səhiyyə və texnologiya sahəsi üçün tarixi addım atılıb.

Ürək çatışmazlığı olan xəstəyə mexaniki qapaq olmadan total süni ürək transplantasiyası aparılıb. “BiVACOR” şirkəti tərəfindən hazırlanmış maqnit texnologiyasına malik tam mexaniki ürək ilk dəfə insana implantasiya edilib.

Titan materialdan hazırlanmış bu süni ürək sürtünmə olmadan daha uzun müddət işləmək potensialına malikdir və saatda 12 litr qan pompalaya bilir.

Ürək, xəstəyə yeni bir ürək implantasiya edilənə qədər ehtiyat olaraq bütün bədənə qan pompalamaq üçün nəzərdə tutulmuşdur.

Ürək transplantasiyası gözləyən xəstə süni ürək quraşdırıldıqdan sonra 8 gün sağ qala bilib, daha sonra ona ürək transplantasiyası həyata keçirilib.

Bundan sonra sonra daha dörd xəstənin tədqiqata cəlb edilməsi planlaşdırılır.

ABŞ Milli Sağlamlıq İnstitutu təxminən 100 min xəstənin bu texnologiyadan faydalana biləcəyini proqnozlaşdırır. Dünyada təxminən 26 milyon insan ürək çatışmazlığı ilə mübarizə aparır və yeni texnologiya bu xəstələr üçün perspektivli bir həll təklif edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525
avatar

Oxşar yazılar