Dövlətlərin qeyri-adi  SƏRHƏDLƏRİ - ARAŞDIRMA
17 dekabr 2022 18:43 (UTC +04:00)

Dövlətlərin qeyri-adi SƏRHƏDLƏRİ - ARAŞDIRMA

Hər bir ölkənin ərazisi onun sərhədlərindən başlayır. Dövlət sərhədləri dedikdə isə adətən əlləri silahlanmış sərhədçilər, tikanlı məftillər və ciddi pasport nəzarəti ağlımıza gəlir. Amma bəzi dövlətlər arasında sərhəd rəmzi xarakter daşıyır. Həmin dövlətlərin sərhədlərində nə tikanlı məftillər, nə də əli silahlı sərhədçilər dayanmır.

Lent.az araşdırma edərək sizə məhz qeyri-adi dövlət sərhədləri təqdim edir:

Şimali Kiprlə Cənubi Kipr sərhədi

Burada yerləşən ikimərtəbəli ev şimali Kiprlə cənubi Kiprin arasındadır. Buna görə də həmin evin bir eyvanı şimali, digəri isə cənubi Kipr ərazisinə düşür. Bu məkan onu ilk görənlərin heyrətinə səbəb olur.

Kanada - ABŞ

ABŞ və Kanada arasında sərhəd Derbi Layn şəhərciyindəki binadan keçir.

Nepal - Çin

Nepal və Çin sərhədi birbaşa Everest zirvəsindən keçir.

Argentina - Braziliya - Paraqvay

Solda Argentina, ortada Paraqvay, sağda Braziliya.

Polşa - Ukrayna

Polşa-Ukrayna sərhədindəki nəhəng balıq təsviri ölkələr arasında sərhədin şərtiliyini simvolizə edir.

Belçika - Hollandiya

Niderlandda kafeyə daxil olursan, oradan Belçikada çıxırsan.

Avstriya, Macarıstan və Slovakiya sərhəd xətti

Almaniya - Niderland

Almaniya və Niderland arasında sərhəd "Eurode" biznes mərkəzində metal zolaqla qeyd edilib. Poçt qutularının sərhədin hər iki tərəfində yerləşməyinə baxmayaraq, məktublar ünvanlandıqları şəxslərə yalnız bir həftədən sonra çatır.

İtaliya-İsveçrə sərhədi

İsveç - Finlandiya

İsveçin Finlandiya ilə sərhədində qolf oynamaq olar.

Braziliya - Uruqvay

Burada ölkələr arasında sərhəd birbaşa yoldan keçir. Solda Braziliya, sağda Uruqvay.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5244
avatar

Fidan İlqar

Oxşar yazılar