Bəzi bürclərin inandırma qabiliyyəti çox yüksəkdir. Yəni onlar səhv desələr belə, o qədər dolğun, inandırıcı danışırlar ki, qarşıdakının inanmama şansı qalmır. Çünki bu bürclərin çox gözəl nitq qabiliyyəti var. Natiqliyi yaxşı olan bu insanların ünsiyyət bacarıqları da çox güclüdür.
Lent.az danışıqları ilə hər kəsi valeh edən 6 bürcü təqdim edir:
ƏKİZLƏR
Əkizlər bürcü çox ünsiyyətcildirlər və insanları dərhal sözləri ilə ələ ala bilirlər. Dərhal hərəkət edirlər, bu da onları improvizə etməkdə və söhbətlərdə ağıllı cavablar verməyə kömək edir.
TƏRƏZİ
Tərəzilər mübahisənin hər iki tərəfini görmək bacarığı ilə tanınırlar. Onlar hər kəslə ümumi dil tapırlar və çox vaxt başqalarının hadisəni öz nöqteyi-nəzərindən görməyə inandıra bilirlər.
ŞİR
Şirlər özlərinə inamlı və iddialıdırlar. Bu da onların hər hansı bir təqdimatda, məclisdə gözəl çıxış etməsinə şərait yaradır. Şirlərin insanları özlərini xüsusi və dəyərli hiss etdirmək qabiliyyəti var. Buna görə şirlər satış və marketinq sahəsində çox vaxt uğur qazanırlar.
OXATAN
Oxatanlar yeni ideyalar və perspektivlər kəşf etməyi sevir. Nağıllar, hekayələr danışmağı çox yaxşı bacarırlar. Məsələn, oxatan bürcündən olan bir aktyor enerjisi ilə asanlıqla tamaşaçını ovsunlaya bilər. Onlar həm də çox inandırıcıdırlar.
DOLÇA
Dolçalar yenilikçi və irəli fikirlidirlər. Yeni ideyalar və problemlərə həll yolları tapmaqda bacarıqlıdırlar. Dolçalar çox vaxt başqalarını öz ideyalarına, gələcəyə baxışına inandıra bilir və bunu qəbul etdirirlər.
ƏQRƏB
Əqrəblər gərgin və ehtiraslıdırlar. Onlar sirli və cazibədar enerjiləri ilə insanları cəlb edirlər. Əqrəblər insanları oxumaqda da professionaldırlar. Onlar birilərini inandırmaq üçün dəqiq nəyi və nə vaxt deyəcəklərini çox yaxşı bilirlər.