Dabanlı ayaqqabıların kişilərdən qadınlara keçmə tarixi -  İNANMAYACAQSINIZ!
08 aprel 2021 19:32 (UTC +04:00)

Dabanlı ayaqqabıların kişilərdən qadınlara keçmə tarixi - İNANMAYACAQSINIZ!

Bütün zamanların sevimli ayaqqabıları olan dabanlı ayaqqabıların bir zamanlar yalnız kişilər tərəfindən geyildiyini bilirdinizmi? Bu gün estetik mövqeyinə görə seçilən hündürdaban ayaqqabılar bir zamanlar indikilərdən fərqli olaraq bəzi sahələrdə fərqləndirmək üçün istifadə olunurdu.

Lent.az xarici KİV-ə istinadən dabanlı ayaqqabıların kişilərdən qadınlara keçmə prossesi ilə bağlı maraqlı faktları təqdim edir.

Günümüzdə qadınlar üçün vazgeçilməz olan dikdaban ayaqqabılar əsrlər əvvəl atlı əsgərlərinin üstünlük verdiyi bir ayaqqabı modeli idi. Atıcılıqla məşğul olan əsgərlər atlarında tarazlıqda qalmaq üçün bu ayaqqabıları geyinirdilər.

Hündürdaban ayaqqabıların istifadəsi İranda atlı əsgərlər daha çox istifadə edirdilər. İran şahı Abbas qərblə danışıqlarını sərtləşdirdi və 1599-cu ildə Avropaya bir heyət göndərdi. İran şahının göndərdiyi bu heyətlə Avropaya dikdaban ayaqqabılarla da tanış oldu.

Avropalılar dabanlı ayaqqabılarla tanış olduqdan sonra, hündürdaban ayaqqabıları kişilər demək olar ki, hər yerdə istifadə etdilər. Belə ayaqqabıları ən əsas da ayaqları palçığa basmamağa görə geyirdilər

Fransız kralı XIV Luiz qısaboylu krallar arasında yer alırdı. Buna görə də o, tez-tez 1.63 olan boyunu gizlətmək üçün hündürdaban ayaqqabılar geyməyə başlayır. Qısa boylu kralların üstünlük verdiyi dabanlı ayaqqabılar, eyni zamanda sinif bölgüsünün göstəricisi olaraq qəbul edildi.

Dabanlı ayaqqabılar bir müddət sonra kifayət qədər çox istifadə olunmağa başladı. Alt siniflərdə olan kişilərin də hündürdaban ayaqqabı geyindi. Nəcib kişilər daha da hündür  dabanlı ayaqqabılara keçid etdilər.  Zamanla daha da hündürləşən dabanlar sayəsində indiki hündürdaban ayaqqabıların ilkləri hazırlandı.

Dabanların hündürləşməsi ilə bərabər ayaqqabılar fərqli rənglərdə boyadılmağa da başlandı. Qırmızı boyalar o dövrdə bahalı boyalar arasında idi. Qırmızı rəng baha olduğundan və savaşı xatırlatdığı üçün nəcib kişilər bu rəndə olan ayaqqabılara üstünlük verirdilər.

1630-cu illərdə qadınlar kişi kimi görünmək istəyirdilər. Buna görə də hündürdaban geyinməyə başlayan qadınlar artdı və tarazlıq pozuldu. 17-ci əsrin ortalarında kişilər hündürdaban ayaqqabılardan uzaqlaşdılar. Bu dövrün sonlarına yaxın hündürdaban ayaqqabıların istifadəsi qadınların ixtiyarına verildi. Kişilər isə düz dabanlı ayaqqabılara üstünlük verməyə başladılar.

Sizcə hündürdaban ayaqqabılar yenidən kişilərin modası ola bilərmi?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4410
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar