Oskar mükafatlı laureatı aktrisa Cennifer Lourensin növbəti layihəsi bəlli olub.
Lent.az xəbər verir ki, məşhur aktrisa baş rolda çəkiləcəyi filmin həm də prodüseri olacaq.
Cennifer Lourens yeni film layihəsi ilə yenidən ekranlara qayıtmağı planlaşdırdığını açıqlayıb.
33 yaşlı Cennifer Lourens Paul B. Reyninin “Niyə məni sevmirsən?” qrafik romanının uyğunlaşdırılmasında baş rolda çəkiləcək.
Filmin ssenarisini “Mərkəzi Floridada Tanrı Olmaq” kitabının müəllifi Robert Funke yazacaq.
2023-cü ilin yanvarında nəşr olunan kitab, bir şeyin səhv olduğunu hiss edən və evlilikləri boyunca mübarizə aparan bir cütlüyün hekayəsindən bəhs edir.