Çayda yoxa çıxan kişi  timsahın mədəsində   tapıldı -  VİDEO
28 yanvar 2022 19:55 (UTC +04:00)

Çayda yoxa çıxan kişi timsahın mədəsində tapıldı - VİDEO

İndoneziyanın Papua əyalətinin sakinləri yeddi metrlik timsahın mədəsində kişi qalıqları tapıblar.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 30 yaşlı Demiens Yuda xərçəngləri yumaq üçün çaya gedib və yoxa çıxıb. 

Timika şəhər axtarış və xilasetmə xidmətinin rəisi Corc Mersi Rendonq bildirib ki, yerli sakinlər indoneziyalını tapmaq üçün səlahiyyətlilərlə əməkdaşlıq ediblər. Axtarış qrupu nəhəng timsah tapıb və onu tutmaq qərarına gəlib.

Yeddi metrlik timsahın mədəsini kəsdikdən sonra yerli sakinlər içərisində insan qalıqları aşkar ediblər.
 

Çayda yoxa çıxan kişi timsahın mədəsində tapıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2946
avatar

Oxşar yazılar