Rusiyanın Murmansk vilayətinin sakinləri 40 gündən sonra ilk dəfə günəşi görüblər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, regionda qütb gecəsi başa çatıb. Murmansk sakinləri günəşi qarşılamaq üçün rayon mərkəzinin ən hündür təpəsinə - Solneçnaya yığışıblar.
Məlumata görə, insanlar günəşi gözləyərkən çay içib, rəqs ediblər.
Qeyd edək ki, Rusiyanın müxtəlif bölgələrində qütb gecəsi müddətinə görə fərqlənir. Murmanskda bu hadisə dekabrın 2-də başlayıb, yanvarın 11-də başa çatıb. Krasnoyarsk diyarının şimalında isə qütb gecəsi noyabrın 30-da başlayıb və yanvarın 13-də bitməlidir. Amma bu il 10 gün əvvəl baş verərək yanvarın 3-də yekunlaşıb.