Almaniyada bağ evlərində gecələmənin qadağan edildiyini hamı bilir. Amma bunun səbəbi çox az adama məlumdur.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, şəhərin daxilində şəhər tikintisi üçün yararsız torpaqlarda (dəmir yolları, magistral yollar və s.) alman daçaları, yəni alman bağ evləri var. Belə evlərdə qalmaq yanğın təhlükəsizliyi səbəbi ilə qadağandır. Çünki həmin evlər yanğın siqnalı ilə təchiz olunmayıb. Qadağanın pozulmasına görə cərimə nəzərdə tutulur.
Bundan əlavə, kənd təsərrüfatı məhsulları satış üçün yetişdirilə bilməz, bağçılıq işini təşkil etmək üçün muzdlu işçiləri cəlb etmək, hündürlüyü 2,5 m-dən çox olan ağaclar yetişdirmək, ərazinin 6% -dən çoxu beton və ya kafeldən ibarət olması, evin döşəməsini yer səviyyəsindən 25 sm-dən çox qaldırmaq qadağandır.
Yuxarıda göstərilən və digər qaydalara əməl olunmasına bağçılıq ortaqlığının səhmdarları tərəfindən seçilən komissiya nəzarət edir.