“Bu ilin sonu, ən geci gələn ilin əvvəlində insanlıq yad məxluqların hücumuna məruz qalacaq. Bizi istila etməyə başlayacaqlar”.
Lent.az-ın xəbərinə görə, bu fikir sosial şəbəkə hesabında türkiyəli müğənni, son zamanlar astral səyahətlərə çıxdığını iddia edərək, adından söz etdirən Yusuf Güney səsləndirib.
O bildirib ki, həmin qüvvələr yad planetlərdən yox, Anarktidadan, buz dağlarının arxasından gələcəklər.
“Onlar hazırda buz dağlarının arxasında yaşayırlar. Orda insanlardan fərqli olan sivilizasiya məskunlaşıb. Bu səbəblə Antarktidanı gizli saxlayır, bir hissəsinə ayaq basmağa qoymurlar. Ordan gələcəklər. Hətta artıq aramızda olanlar var. Dünyanı onlar idarə edir, savaşların, xəstəliklərin çıxmasına onlar qərar verirlər” deyə müğənni bildirib.