Bu ilin ən böyük super ayı  nə vaxt gözlənilir?
27 avqust 2024 19:20 (UTC +04:00)

Bu ilin ən böyük super ayı nə vaxt gözlənilir?

Bu ilin ən böyük super ayı oktyabrın 17-də müşahidə olunacaq. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin gün Ay Yerdən minimum məsafədə olmaqla tam fazasına çatacaq.

Məlumata görə, oktyabrın 17-də Bakı vaxtı ilə saat 04:47-də Ay Yerə 357 172 kilometr yaxınlaşacaq ki, bu da 2024-cü ildə ən yaxın məsafədir. Tam ay mərhələsi Bakı vaxtı ilə saat 15:28-də başlayacaq.

Bundan bir ay əvvəl, sentyabrın 18-də, 2024-cü ilin ikinci ən böyük tam ayı səmada görünəcək, baxmayaraq ki, bu gün Ay oktyabr superayı ilə müqayisədə Yerdən daha uzaqda olacaq.

Super Ay tam Ay öz orbitinin perigeyində, yəni Yerdən minimum məsafədə olduqda baş verir. Bu nöqtədə Ay, apogey adlanan orbitinin ən uzaq nöqtəsində olduğu vaxtdan 14 faiz daha böyük görünür.

Əvvəlki super Ay avqustun 19-da müşahidə edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504
avatar

Oxşar yazılar