Çilidə 94 yaşlı etnoqraf Kristina Kalderon vəfat edib.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Kalderon “yaqan” hindularının dilini bilən sonuncu şəxs idi.
Çili dövləti ona xüsusi medal təsis etmişdi. Amma Kalderon onu almağa imkan tapmayıb və dünyasını dəyişib.
Xatırladaq ki, Çilinin və Argentinanın cənubunda 1600 yaqan yaşayır. Ancaq yeganə dili bilən bu qadın idi.