Bir poçt göyərçini  aləmi necə qarışdırdı? Bu sirri heç kim aça bilmədi
04 mart 2023 19:33 (UTC +04:00)

Bir poçt göyərçini aləmi necə qarışdırdı? Bu sirri heç kim aça bilmədi

11 il bundan əvvəl britaniyalı təmzilik işçiləri köhnə binalardan birinin bacasında göyərçin skeleti tapdılar.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun ayağına bağlanmış kiçik qutunun içindən bir məktub çıxdı. Məktub şifrələrdən ibarət idi. Bu sirli məktub Britaniya xüsusi xidmət orqanlarının, hətta kraliçanın belə marağını çəkdi. 27 kombinasiyadan ibarət şifrədən yalnız serjant sözünü oxumaq mümkün oldu.

Xüsusi xidmət orqanları şifrəni açmaqda çətinlik çəkib keçmiş kəşfiyyatçılara üz tutdular. Suallara sadə bir vətəndaş cavab tapdı. O dedi ki, poçt göyərçini bacadan tapıldığına görə, o məktub əslində kəşfiyyat xarakteri daşımayıb, sadəcə Santa Klausa yazılıbmış.

Bu versiya ilə insanların diqqəti yayındırılsa da, əlbəttə 27 kombinasiyalı o sirli məktubun araşdırılması müəyyən dairələrdə aparıldı. Cavab isə “məxfi” qrifi altında arxivlərə atıldı. Məktub sirr olaraq qaldı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5469
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar