Bir kişi dünyanın ən tənha işini  boynuna götürdü
15 may 2024 10:19 (UTC +04:00)

Bir kişi dünyanın ən tənha işini boynuna götürdü

Alman bir ornitoloq Yakob Vildrout Şimal dənizində sahildən 10 kilometr aralıda, yaşayış olmayan Trişen adasında tək yaşayır. Onun bu adadakı yeganə işi köçəri quşları izləməkdir. Artıq yeddi aydır ki, o, adada təbiət və quşlar aləminə qərq olmuş yeganə insandır.

Lent.az “Bild”a istinadən xəbər verir ki, adada həyat sanki onun qaydaları ilə hərəkət edir. Lazım olan hər şeylə təmin edilmiş dayaqlar üzərində kiçik bir evdə Yakob tənhalıqdan, təbiətlə təmasdan və işinin gətirdiyi xüsusi anlardan zövq alır. Burada, sivilizasiyanın gurultusundan uzaqda yüzlərlə quşları seyr etməklə ruhu sakitləşir və sanki quşlar onun varlığını hiss etmirlər.

Ancaq ada həyatı təkcə quşlara baxmaqdan ibarət deyil. Həftədə bir dəfə dənizçilər onun adasına gələrək təkcə içməli su, həm də xarici dünyadan bir parça gətirərək, bu adadan kənarda adi həyatın davam etdiyini xatırladırlar. Ancaq Vildraut üçün tənhalıq və təbii harmoniya ilə dolu bu həyat normaya çevrilib və o, hər yeni müşahidənin unikal macəraya çevrildiyi kiçik torpağında hər yeni günü səbirsizliklə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2922
avatar

Sevinc Fərid

Oxşar yazılar