Bir fotoşəkilin hekayəsi:   Maykl Cekson Məhəmməd Əli ilə döyüşüb?
21 dekabr 2021 19:42 (UTC +04:00)

Bir fotoşəkilin hekayəsi: Maykl Cekson Məhəmməd Əli ilə döyüşüb?

Sosial şəbəkələrdə tez-tez əfsanəvi boksçu Məhəmməd Əlinin gur saçlı balaca qaradərili oğlanın yanında fotosunu görmək olar. Və orada yazılıb ki,  bu Maykl Ceksondur.
 
Lent.az-ın xarici mediaya istinadla xəbrinə görə, əslində bu saxtadır. Amerikalı jurnalistlər hətta bu məsələni araşdırmalı olublar. Və burada ortaya çıxan nəticə budur.

Şəkildəki gənc Tayqer Smollsdur. O, Pensilvaniyada, Əlinin məşq etdiyi idman zalında boksla məşğul olmağa başlayıb. Bir dəfə zalda görüşüblər və Smolls kumirinə dünya çempionu olacağına söz verib.

Oğlan həvəskarlar arasında yaxşı nəticələr göstərib və 24 yaşında peşəkar boksçu olub. 38 döyüş keçirib - 21 qələbə, 16 məğlubiyyət və 1 heç-heçəsi var. WBC versiyası üzrə qitələrarası çempion olub.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2361
avatar

Oxşar yazılar