Bəzi qida maddələri haqqında səhv bildiyiniz şeylər - Siyahı
08 iyul 2024 03:00 (UTC +04:00)

Bəzi qida maddələri haqqında səhv bildiyiniz şeylər - Siyahı

Bəzi qida maddələri haqqında səhv bildiyiniz şeylər - Siyahı

Yediyiniz yeməklər haqqında öyrəndiyiniz zaman sizi təəccübləndirəcək bəzi faktları sizin üçün toplamışıq.

Lent.az xəbər veri ki, aşağıda adı keçən qida maddələri haqqında ya doğru olanı bilmirik, ya da yanlış bilirik.

1. Bunlardan birincisi şoxumuzun araxis kimi tanıdığı yer fındığıdır. Gündəlik həyatda istifadə etdiyimiz ləpəlilərin demək olar ki, çoxu ağaclarda bitdiyi halda, fıstıq yerin altında və qabıqda böyüyür. Buna görə də botaniklər fıstıqları paxlalılar ailəsinə daxil edirlər. Bu, onların lobya, noxud və mərciməklərlə eyni ailədə olduğunu göstərir!

2. Ağ şokolad əslində şokolad deyil. Tərkibində kakao yağı, süd tozu və şəkər olan ağ şokoladın tərkibində kakao kütləsi yoxdur. Bu da onun şokolad sayılmamasına səbəb olur.

3. Giləmeyvə kateqoriyasına daxil olan ətli meyvələr tək çiçəyin toxumlarından ibarətdir. Çiyələk, moruq və qara tut əslində bu kateqoriyaya daxil deyil, lakin avokado və banan tək bir çiçək toxumundan əmələ gəldiyi üçün ətli meyvələr kateqoriyasındadır. Və təəccüblüdür ki, onlar giləmeyvə kateqoriyasına aid edilirlər!

4. Şəkər qamışı əslində ot kimi təsnif edilir.

5. Badımcanı tərəvəz kimi bilsək də, içərisində toxum olduğu üçün alimlər onu meyvə kimi qəbul edirlər.

6. Pomidor da, badımcan kimi, içərisində toxum olduğu üçün meyvə kimi təsnif edilir.

7. Bolqar bibərinin də içərisində toxum olduğunu görmüsünüz. Odur ki, bibər dolması da necə istifadə olunmasından asılı olmayaraq meyvə sayılır.

8. Acı bibər də meyvə kateqoriyasındadır!

9. Bamiyə də toxumlu və meyvə sinfindədir!

10. Yapon restoranlarında təqdim edilən və xardal növü hesab edilən Vasabi əslində əsl Vasabi deyil. Xren, xardal və qida boyası ilə hazırlanan bu sous əsl Vasabidən daha güclüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2271
avatar

Oxşar yazılar